...

Prezident İlham Əliyev "Tarif Şurası haqqında əsasnamə"ni təsdiq edib

Siyasət Materials 27 Dekabr 2005 13:27 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev, Tarif (qiymət) Şurası haqqında əsasnamə"nin təsdiq edilməsi barədə fərman imzalayıb. Trend xəbər verir ki, bu fərmana əsasən, "Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" prezidentin 2005-ci il 31 may tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə Tarif Şurası haqqında əsasnamə təsdiq edilib.

Nazirlər kabinetinə tapşırılıb ki iki ay müddətində: qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini prezidentə təqdim etsin; Nazirlər kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının fərmana uyğunlaşdırılmasını təmin etsin; Tarif şurasının katibliyinin yaradılması və onun fəaliyyətinin təşkili ilə bağlı məsələləri həll etsin; öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Tarif Şurası qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) qiymətlərinin (tariflərinin) tənzimlənməsi ilə bağlı görülən işlər barədə ildə iki dəfə Prezidentinə hesabat təqdim etsin.

Bu fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti