"Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan Eldar Namazov Ədalət Partiyasının sədri İlyas İsmayılovla görüşüb. Bu barədə Trend ə Ədalət Partiyasının mətbuat xidmətinin rəhbəri Elxan Şükürlü bildirib.
Partiyanın səlahiyyətlisi bu görüşün ənənəvi xarakter aldığını vurğulayıb. Görüşdə ictimai-siyasi vəziyyətin əsas müzakirə obyekti olduğunu deyən E.Şükürlü iki qurum arasında əməkdaşlıq məsələlərinin də gündəmə gətirildiyini bildirib: "Ədalət partiyası "Yeni Siyasət" seçki bloku ilə əməkdaşlığa hazır olduğunu bəyan edib. Ancaq bu əməkdaşlığın formaları müzakirə olunmalıdır", - deyə o qeyd edib.