...

Azərbaycan Tarif Şurasının tərkibi haqqında əsasnamənin mətni açıqlanıb

Siyasət Materials 27 Dekabr 2005 13:46 (UTC +04:00)

Azərbaycan Tarif (qiymət) Şurasının tərkibi haqqında əsasnamənin mətni açıqlanıb. "Trendə" verilən məlumata əsasən, dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin, xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanıdır.

Şuranın sədri və üzvləri mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət olmaqla Azərbaycan prezidenti tərəfindən müəyyən edilir.

Şuranın gündəliyinə daxil edilmiş sənədlər adi hallarda 5 gün, təcili olduqda isə 2 gün müddətində Şura üzvlərinə təqdim olunur və Şuranın iclasında baxılır. Şuranın iclaslarında baxılan məsələlər barədə məlumat

Şuranın yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

Şuranın sədri və ya onun razılığı ilə Katiblik tərəfindən kütləvi informasiya vasitələri və Şuranın internet saytı vasitəsilə yayılır.

Xəbər lenti

Xəbər lenti