...

Alim Babayev: "Əli Əliyev özünə tərəfdaş toplayır"

Siyasət Materials 27 Dekabr 2005 15:24 (UTC +04:00)

"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev bölgələrə səfərlər etməklə özünə tərəfdaş toplayır". Bu barədə Trend ə AMİP Siyasi Şurasının üzvü Alim Babayev bildirib.

Qeyd edək ki, AMİP sədri bölgələrə səfərlərini dekabrın sonunadək davam etdirəcək.

A.Babayev onu da bildirib ki, partiya sədrinin məlum fəaliyyəti ilə bağlı Mərkəzi Nəzarət Təftiş Komissiyasının bu yaxınlarda qəbul edəcəyi qərar Mərkəzi Şuranın müzakirəsinə veriləcək: "Əli Əliyev yaxşı başa düşür ki, Mərkəzi Şurada ona etimadsızlıq məsələsi gündəmə çıxarılacaq. Ona görə də bölgələrə səfərlər etməklə özünə qüvvə toplayır".

A.Babayev onu da vurğulayıb ki, Ə.Əliyevin şimal bölgəsinə etdiyi səfər uğursuzluqla nəticələnib. Partiyanın mətbuat xidmətinin rəhbəri Əli Orucova istinadən bildirib ki, rayon təşkilatlarının rəhbərləri Əli Əliyevlə görüşməkdən imtina ediblər.

AMİP sədrinin müşaviri Əflatun Quliyev isə Alim Babayevin dediklərini təkzib edib: "Alim Babayev sədrin səfərlərinə qiymət vermək səlahiyyətində deyil, O, öz işi ilə məşğul olsa yaxşıdır".

Xəbər lenti

Xəbər lenti