...

AH-140-100 təyyarəsində baş vermiş qəza ilə bağlı ekologiyaya cüzi ziyan dəyib

Siyasət Materials 27 Dekabr 2005 17:15 (UTC +04:00)
AH-140-100 təyyarəsində baş vermiş qəza ilə bağlı ekologiyaya cüzi ziyan dəyib

Dekabrın 23-də Bakı yaxınlığında AH-140-100 təyyarəsində baş vermiş qəza nəticəsində ekologiyaya cüzi həcmdə ziyan dəyib. Trend bildirir ki, dekabrın 27-də AR ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bəyan edib.

Onun sözlərinə görə, ekologiya Nazirliyinin ekologiya monitorinqi Xidmətinin nümayəndələri tərəfindən təyyarənin qəzaya uğradığı ərazidə sudan və torpaqdan nümunə götürülüb və hava şəraitinin vəziyyəti öyrənilib. Nəticələr əsasında xüsusi xəritə yaradılıb.

Dekabrın 23-də saat 22:19-da Heydər Əliyev adına beynəlxalq hava limanından havaya qalxan AZAL DK-nə məxsus AH-140-100 təyyarəsi saat 22:27 radələrində Bakı yaxınlığında (Nardaran kəndi) qəzaya uğrayıb və qəza nəticəsində 18 sərnişin və 5 ekipaj üzvü həlak olub.

Hazırda hadisənin araşdırılması məqsədilə yaradılmış Dövlət komissiyası fəal iş aparır. H.Bağırov da Dövlət komissiyasının tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti