...

Spiker Oqtay Əsədov Ukraynaya dəvət edilib

Siyasət Materials 27 Dekabr 2005 17:40 (UTC +04:00)

Milli Məclisin spikeri Oqtay Əsədov dekabrın 27-də Ukraynanın Azərbaycandakı müvəqqəti işlər vəkili İqor Kizimanı qəbul edib. Trend xəbər verir ki, görüşdə dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafı məsələləri müzakirə edilib.

İ.Kizima Ukrayna Ali Radasının sədri Vladimir Litvinin təbrikini və Ukraynaya rəsmi səfərə dəvətilə bağlı məktubunu Milli Məclisin spikerinə təqdim edib. Spiker Oqtay Əsədov dəvətə görə həmkarına təşəkkürünü ifadə edib.

Xəbər lenti

Xəbər lenti