...

İsrailin Azərbaycandakı səfirinin Quba rayonuna səfəri davam edir

Siyasət Materials 27 Dekabr 2005 19:01 (UTC +04:00)

İsrailin Azərbaycandakı səfiri Artur Lenkin Quba rayonuna səfəri davam edir. İsrailin Bakıdakı mədəniyyət mərkəzinin rəhbəri Rima Barkan Trend ə bildirib ki, "Hanuka" yəhudi bayramına təsadüf edən birgünlük səfər zamanı Qubada yerli kollektivlərin və "Sohnut" yəhudi agentliyi kollektivlərinin iştirak etdiyi konsert keçirilib.

Konsertdən sonra İsrailin səfiri Quba rayonu İcra hakimiyyyətinin başçısı ilə görüşüb. Dekabrın 27-də, axşam İsrail diplomatı yəhudilərin kompakt yaşadığı Krasnaya Sloboda qəsəbəsinə baş çəkib. Hanuka şamlarının yandırılacağı ehtimal olunur.

Dekabrın 28-də səfir Bakıya qayıdacaq. Səfər çərçivəsində Azərbaycanın digər regionlarına ziyarət planlaşdırılmayıb.

Xəbər lenti

Xəbər lenti