...

Hacıağa Nuri: "AQB-nin gələcək fəaliyyətini müzakirə etmək vaxtı deyil"

Siyasət Materials 28 Dekabr 2005 13:33 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr seçki bloku fəaliyyətinə xitam vermədiyinə və davam etdirdiyinə görə Azərbaycançı Qüvvələr Blokunun (AQB) gələcək fəaliyyəti barədə fikir söyləməyin vaxtı deyil". Bu barədə Trend ə AQB-nin təsisçilərindən olan Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nuri bildirib.

AİP sədri onu da vurğulayıb ki, dekabrın 28-də saat 11.00-da seçki blokuna üzv olan Birlik Partiyasının sədri Xudadət Xudiyev, Xalq Dirçəliş Partiyasının sədri Azər Qasımlı ilə birgə toplantı keçirirlər: "Toplantıda bir sıra məsələlər müzakirəyə çıxarılıb. O cümlədən seçki blokunun təkrar seçkilərdə iştirak etməsi məsələsi ilə bağlı qərar qəbul edəcəyik".

H.Nuri bildirib ki, təkrar seçkilərdən sonra seçki bloku fəaliyyətinə xitam verdikdən sonra AQB-nin gələcək fəaliyyəti barədə müzakirələr aparılacaq.

Qeyd edək ki, Vəhdət Partiyasının ardınca Azərbaycan Sosial Demokrat Partiyası da AQB-dən çıxıb. H.Nuri isə bunu faciə adlandırmayıb. Qeyd edib ki, ASDP maydan onlarla birgə fəaliyyət göstərməyib və "Yeni Siyasət" seçki blokuna qoşulub.

Xəbər lenti

Xəbər lenti