...

Qəzaya uğramış AH-100-140 təyyarəsinin "qara qutu"sunda olan məlumatların bir hissəsi oxunub

Siyasət Materials 28 Dekabr 2005 17:19 (UTC +04:00)
Qəzaya uğramış AH-100-140 təyyarəsinin "qara qutu"sunda olan məlumatların bir hissəsi oxunub

Dekabrın 27-dən etibarən dekabrın 23-də saat 22:27 radələrində Bakı yaxınlığında qəzaya uğramış AH-100-140 təyyarəsinin "qara qutu"sunda olan qeydlərin oxunmasına başlanılıb. Trend in məlumatına əsasən, bu gün keçirilmiş mətbuat konfransında AZAL DK-nin rəhbəri Cahangir Əsgərov bu barədə bildirib.

Onun sözlərinə görə, "qara qutu" bütövlükdə tapılıb və hazırda məlumatların bir hissəsi oxunub. AZAL -ın komissiyasına DK, Xarkov dövlət aviasiya müəssisəsi (Ukrayna), dövlətlərarası aviasiya komitəsi və digər qurum nümayəndələrinin qatıldığı 19 daxildir.

O, qeyd edib ki, "qara qutu"nun məlumatlarının oxunması nəticəsində müəyyən edilib ki, təyyarə təyin olunmuş trayektoriya ilə uçmayıb. Aydınlaşdırılıb ki, uçuşdan 30 saniyə sonra təyyarənin hərəkət sistemində texniki problemlər yaranıb. Amma AZAL-ın rəhbəri qeyd edib ki, bu gün təyyarənin məhz bu səbəbdən qəzaya uğramasını söyləmək doğru olmaz.

"Qara qutu"da olan məlumatların tam oxunması təqribən 2 həftə davam edəcək. Bundan sonra biz qəzanın səbəbini söyləyə bilərik" -deyə o bildirib.

Xatırladırıq ki, dekabrın 23-də saat 22:27 radələrində Bakı yaxınlığında AH-140-100 təyyarəsinin qəzaya uğraması nəticəsində 18 sərnişin və 5 ekipaj üzvü həlak olub. AZAL DK-yə məxsus təyyarə saat 22:19-da Heydər Əliyev adına beynəlxalq hava limanından Bakı-Aktau marşrutu üzrə havaya qalxıb. Təyyarənin dəyəri $9,1 mln. təşkil edir.

Xəbər lenti

Xəbər lenti