...

Naxçıvan MR-də "quş qripi"nin olması barədə yayılan xəbər təkzib edilir

Siyasət Materials 28 Dekabr 2005 18:17 (UTC +04:00)

"Quş qripi" ilə əlaqədar Türkiyənin TRT-1 kanalında gedən məlumat yalandır. Naxçıvan Muxtar Respublikası (NMR) dövlət baytarlıq xidmətinin müdiri Əbilov Əbil bu barədə Trend ə məlumat verib. O bildirib ki, bu məsələ ilə əlaqədar bu gün Azərbaycan Dövlət baytarlıq xidməti Türkiyə dövləti ilə əlaqə saxlayıb, televiziyada gedən bu informasiyanın yalan olduğu deyilib.

İqdır vilayətinin Aralıq kəndi Naxçıvandan 60-70 km məsafədə yerləşir. Burada az miqdarda quşların tələf olması xəstəlikdən və zəhərlənmədən olub. Əbil həkim onu da qeyd edib ki, Türkiyə ilə sərhəddə yerləşən gömrük məntəqəsində gigiyena və epidemioloji mərkəzin və Naxçıvan baytarlıq xidmətinin təşkil etdiyi məntəqə günün 24 saatı ərzində fəaliyyət göstərir. Məntəqə dezinfeksiyaedici maşın və dərman preparatları ilə təmin edilib. Türkiyədən gələn maşınlar dezinfeksiya olunur, quş ətinin gətirilməsi isə qadağandır. Türkiyədən dövlət səviyyəsində gətirilən ərzaq hələlik dayandırılıb. Muxtar Respublikada mütəmadi olaraq "quş qripi" ilə əlaqədar lazımi profilaktik tədbirlər həyata keçirilir. Bu günədək belə bir xəstəlik qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti