...

Azərbaycan prezidenti: Bakı kəndlərinin inkişafı proqramı yanvarda təsdiq olunacaq

Siyasət Materials 29 Dekabr 2005 14:06 (UTC +04:00)

Bakı kəndlərinin inkişafı proqramının yanvarda təsdiq olunacağı gözlənilir. Trend bildirir ki, dekabrın 29-da Bakının Zabrat qəsəbəsində tibb mərkəzinin təməlqoyma mərasimində Azərbaycan prezidenti İlham Əliyev bu barədə bəyan edib.

Qəsəbə sakinləri qarşısında çıxış edən dövlət başçısı xatırladıb ki, iki ay öncə müşavirə keçirilib və orada Bakı kəndlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması məqsədilə konkret tapşırıqlar verilib. "İndi inkişaf proqramı hazırlanır. Ümid edirəm ki, bu proqram gələn ilin yanvarında hazır olacaq və təsdiq ediləcək" -deyə İ.Əliyev qeyd edib.

Prezident qeyd edib ki, proqram qəbul edildikdən sonra Bakı kəndlərinin bütün tələbatları təmin ediləcək, xüsusilə, yeni yollar, sağlamlıq-müalicə mərkəzləri, məktəblər, elektrik stansiyaları, qaz kəmərləri inşa ediləcək, su təminatı yaxşılaşdırılacaq. "Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və proqramın hələ təsdiq edilməsinə baxmayaraq artıq ilk addımlar atılır" -deyə prezident İ.Əliyev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti