...

Prezident İlham Əliyev Azərbaycanda 2005-ci ilin adamıdır

Siyasət Materials 29 Dekabr 2005 15:06 (UTC +04:00)
Prezident İlham Əliyev  Azərbaycanda 2005-ci ilin adamıdır

Prezident İlham Əliyev "Rəy" monitorinq mərkəzinin apardığı ictimai sorğunun nəticələrinə əsasən Azərbaycanda "2005-ci ilin adamı" seçilib.Respondentlərin 70.3 %-i dövlət başçısının namizədliyi lehinə öz rəyini bildirib. Trend bildirir ki, dekabrın 29-da cari ilin ictimai sorğularının yekunlarına həsr olunmuş mətbuat konfransında mərkəzin direktoru Rizvan Abbasov bu barədə bəyan edib.

"Respondentlərə dünyanın tanınmış siyasətçiləri və ictimai xadimləri arasında seçim imkanı verilib. Sorğu iştirakçılarının böyük əksəriyyəti prezident İlham Əliyevin namizədliyinə rəy bildirib"-deyə R. Abbasov qeyd edib və bildirib ki, sorğunun nəticələrinə əsasən, Rusiya prezidenti Vladimir Putin (19.7 %) ikinci yeri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 17,1 % üçüncü yeri tutub. Siyahıda həmçinin Gürcüstan prezidenti Mixayıl Saakaşvili (11.3), ABŞ prezidenti Corc Buş (5,7 %), Böyük Britaniyanın baş naziri Toni Bleyr (4.1 %), Azərbaycan prezidenti İcra aparatının rəhbəri Ramiz Mehdiyevin (3,6 %) adları da vardır.

Bundan başqa, respondentlərin 85.2 %-i prezident İlham Əliyevin 2005-ci ildəki fəaliyyyətindən razı qaldığını bildirib. "Sizin gələn ilin yaxşı keçəcəyinə ümidləriniz nə ilə bağlıdır?" sualına 37.7 % - "sosial-iqtisadi vəziyyətin yaxşılaşması", 37,1 % isə "prezidentin fəaliyyəti ilə bağlıdır" cavabını verib.

Respondentlərin 47,5 %-i hesab edir ki, Azərbaycanda 2005-ci ilin hadisəsi 6 noyabr parlament seçkiləri olub. Eyni zamanda 16 % Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin Azərbaycana aid hisssəsinin istismara verilməsi, 9,5 % isə jurnalist Elmar Hüseynovun qətli olduğunu hesab edir. Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı respondentlərin 24,2 %-i qeyd edib ki, seçkilər "çox yaxşı", 33,9 % - "ümumiyyətlə yaxşı", 11,3 % - "ümumiyyətlə pis", 10 % - "çox pis" cavabını verib, 20,6 % isə cavab verməkdə çətinlik çəkib.

2006-cı ilə proqnozlar aşağıdakı kimidir: respondentlərin 44,2 %-i ümid edir ki, gələn il "yaxşı keçəcək", 19,9 % - "pis keçməyəcək". Daha 12,6 % hesab edir ki, 2006-cı il ötən illə müqayisədə daha müsbət olacaq, 6,7 % düşünür ki, heç bir dəyişiklik olmayacaq.

Qeyd edək ki, 2005-ci ilin dekabrın 19-dan 23-dək Azərbaycanın Bakı və Sumqayıt şəhərləri də daxil olmaqla 37 yaşayış məntəqəsində aparılan sorğuda respublikanın 1205 sayda 18 və daha yuxarı yaşlı vətəndaşları iştirak edib.

Xəbər lenti

Xəbər lenti