...

Azərbaycan Rusiyadan enerji almaqdan imtina edə bilər

Siyasət Materials 29 Dekabr 2005 15:27 (UTC +04:00)
Azərbaycan Rusiyadan enerji almaqdan imtina edə bilər

Azərenerji SC Rusiyadan elektrik enerjisinin idxalının dayandırılması mümkünlüyünü istisna etmir. Trend in xəbər verdiyi kimi, bu barədə Azərenerji SC-nin prezidenti Etibar Pirverdiyevin Space telekanalında çıxışına istinadən idarənin press-relizində bildirilir.

Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycanın RF-dən aldığı elektrik enerjisinin qiymətinin qaldırılması ilə bağlı məsələ irəli sürüb. E.Pirverdiyev bildirib ki, danışıqlarda güzəştli qərara gəlinməsə, Azərbaycan Rusiyadan elektrik enerjisini almaqdan imtina edə bilər.

Hazırda Azərbaycan 2,8 sentə saatda 1 KVt enerji idxal edir. "EEC Rusiya" RSC elektrik enerjisinin qiymətinin 4 sentə qədər qaldırılması ilə bağlı xəbərdarlıq edib. Buna səbəb RF-də qazın qiymətinin bahalaşması nəticəsində enerji istehsalının maya dəyərinin qalxmasıdır.

Xəbər lenti

Xəbər lenti