...

AQFETM XİQ-in növbəti iclası fevralda Astanada keçiriləcək

Siyasət Materials 29 Dekabr 2005 16:00 (UTC +04:00)

Asiyada qarşılıqlı fəaliyyət və etimad tədbirləri Müşavirəsinin (AQFETM) etimad tədbirləri Kataloqunun praktiki gerçəkləşdirilməsi məsələləri Xüsusi işçi qrupunun (XİQ) fevralın ortalarında Astanada keçiriləcək növbəti iclasında müzakirə ediləcək. Bu barədə Trend ə Azərbaycan XİN-də bildirilib.

XİQ-in iclasında iqtisadi, ekoloji və humanitar sahələrdə etimad tədbirlərinin tətbiqi, eləcə də yeni çağırış və təhlükələrlə mübarizə sahəsində etimad tədbirlərinin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Xatırladırıq ki, etimad tədbirləri Kataloqu 2004-cü ilin oktyabrında AQFETM XİN başçılarının görüşündə qəbul edilib. Kataloq qarşıdurmadan ümumi maraqların inkişafına mərhələli keçid üçün şərtlərin yaradılmasına dair AQFETM üzvlərinin inkişaf sxemidir. AQFETM-də Qazaxıstan, Rusiya, Azərbaycan, Əfqanıstan, Hindistan, İran, İsrail, ÇXR, Monqolustan, Pakistan, Fələstin, Tacikistan, Tailand, Türkiyə və Özbəkistan iştirak edir. Müşahidəçilər statusu Ukrayna, Koreya, Yaponiya, Malayziya və ABŞ-a məxsusdur.

Xəbər lenti

Xəbər lenti