...

Əli Əhmədov: "Yeni paytaxtın yaranması barədə söhbətləri bu günün diskussiya predmeti saymıram"

Siyasət Materials 29 Dekabr 2005 16:17 (UTC +04:00)

"Yeni paytaxtın yaranması barədə söhbətləri bu günün diskussiya predmeti saymıram". Trend xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini və icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib.

Bakının sürətlə inkişaf etdiyini və əhali artımının müşahidə olunduğunu qeyd edən Ə.Əhmədov əhalinin yaşayış üçün müəyyən problemlərlə üzləşdiyini bildirib: "Bu, inkişafın özünün yaratdığı problemdir. Buna neqativ problem kimi baxmasaq da, o həll olunmalıdır. Ancaq bu problemi digər yerdə paytaxt qurmaq şəkilində necə həll etməklə bağlı bu gün fikrilər söyləməyə hazır deyiləm".

"Mümkün olmayan heç nə yoxdur", - deyən YAP rəsmisi onu da vurğulayıb ki, əgər zaman, şərait çox ciddi şəkildə tələb etsə ki, Azərbaycana başqa bir paytaxt lazımdır, yəqin buna getmək məcburiyyətində qalacağıq.

Qeyd edək ki, paytaxtın köçürülməsi və yaxud da yenisinin salınması məsələsi 2000-ci ildən cəmiyyətin müzakirə obyektinə çevrilib.

Xəbər lenti

Xəbər lenti