...

Son 5 gün ərzində Kür çayında suyun səviyyəsi hər gün artır

Siyasət Materials 29 Dekabr 2005 16:52 (UTC +04:00)

Qışın gəlişi və Kür çayının mənbəyinin başlandığı Türkiyədə son zamanlar intensivləşmiş yağıntılar artıq çayın aşağı axınında da hiss olunduğundan, Salyan və Neftçalanın sahil boyu ərazilərinin sakinlərində narahatlığ yaratmağa başlayıb. Belə ki, son 5 gün ərzində çayda suyun səviyyəsi hər gün artır. Mütəxəssislər bunun digər səbəbini onunla izah edirlər ki, havaların soyuması ucbatından elektrik enejisinə təlabat artdığı üçün, Mingəçevir su elektrik stansiyasının iş rejimi gücləndiyindən anbarlardan Kürə buraxılan suyun həcmi də artırılıb. Kür boyu ərazilərdə çayın səviyyəsi bəndləri aşma təhlükəsindən uzaq olsa da, əhali həyətlərə yenidən qrunt suların yıxılmasına ehtiyatlanır.

Xatırladaq ki, son illər Kürdə baş vermiş daşqınlar təkcə Salyan əhalisinə 20 milyard manata yaxın ziyan vurub. Sahil boyunda yerləşən 3500 həyətyanı sahə, o cümlədən 1900 evi qrunt suyu basmış, 100-dən çox ev uçmuş, 1000-ə yaxın ev isə qəza vəziyyətinə düşmüşdür.

Təkcə kənd təsərrüfatına 4,5 milyard manat ziyan dəymişdir. Təbii fəlakatdan zərər çəkmiş 860 ailəyə 1 milyard 700 milyon manat kompensasiya ödənilsə d, onlarla ailə yaşadığı evin bərpa və təmiri üçün hələ də hökumətdən yardım gözləyir. Beləliklə, əslində Aran rayonları üçün həyat mənbəyi olan Kür çayı son illərin daşqınlarına görə, həm də narahatlıq mənbəyinə çevrilib.

Xəbər lenti

Xəbər lenti