...

Naxçıvan MR-in ÜDM artımı 25,1% təşkil edib

Siyasət Materials 29 Dekabr 2005 17:46 (UTC +04:00)

2005-ci ilin yanvar-noyabr ayları ərzində ötən ilin analoji dövrü ilə müqayisədə Naxçıvan Muxtar Respublikasında (NMR) ÜDM artımı 25,1% təşkil edərək ümumi məbləği 1339775 mln. manata çatıb.

NMR-in Bakıdakı daimi nümayəndəliyində Trend ə bildirilib ki, bu dövr ərzində ÜDM strukturunda 44.2% yaxud 591802,8 mln. manat məhsul istehsalının payına düşür, habelə göstərilən xidmətlərə görə 689126,5 mln. manat (51,4%) həcmində əlavə dəyər, 4,4% yaxud 58845,7 mln. manat isə məhsula qoyulan xalis vergi və idxalın payına düşür.

Azərbaycan Milli Bankının məlumatına görə, 29.12.05 tarixində dolların manata olan məzənnəsi 4592 AZM. təşkil edib.

Xəbər lenti

Xəbər lenti