...

Yeni tərkibdə Mərkəzi Seçki Komissiyası yanvarın sonunadək formalaşdırılacaq

Siyasət Materials 30 Dekabr 2005 12:56 (UTC +04:00)

Yeni tərkibdə Mərkəzi Seçki Komissiyası (MSK) 2006-cı ilin əvvəlində - yanvar ayının sonunadək formalaşdırılacaq. Bu barədə Trend ə MSK üzvü Ənvər Əliyev məlumat verib.

O, bildirib ki, MSK-nın yeni tərkibi 18 nəfərdən ibarət formalaşdırılacaq. MSK üzvlərindən 6 nəfəri parlamentdə çoxluq təşkil edən partiyanın, 6-sı bitərəflərin (siyasi mənsubiyyəti olmayan) və 6 nəfəri də parlamentdə azlıqda qalan partiyaların nümayəndələri olacaq. Ənvər Əliyev bildirib ki, seçki komissiyalarına öz nümayəndələrini irəli sürən bu siyasi partiyalar yanvar ayının 10-dək Milli Məclisə məktubla müraciət etməlidirlər. Əgər hansısa siyasi partiyalar seçki komissiyalarının formalaşdırılmasında iştirak etmək istəməsələr, o zaman komissiyalar yerdə qalan partiyaların nümayəndələrindən və bitərəflərdən ibarət formalaşdırılacaq.

Ənvər əliyev onu da deyib ki, dekabrın 30-da MSK-nın bayram iclasının keçirilməsi də gözlənilir.

Xəbər lenti

Xəbər lenti