...

İlham Əliyev Azərbaycanın Müdafiə nazirliyinin nümunəvi hərbi orkestrinin hərbi qulluqçularının aylıq vəzifə maaşlarını artırıb

Siyasət Materials 30 Dekabr 2005 14:17 (UTC +04:00)

Azərbaycan Respublikası Müdafiə nazirliyinin nümunəvi hərbi orkestrinin zabit heyətinə mənsub hərbi qulluqçularının aylıq vəzifə maaşları 2006-cı il yanvarın 1-dən orta hesabla 2 dəfə, gizirlər və müddətdən artıq xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşları isə 2,5 dəfə artacaq. Trend in xəbər verdiyi kimi, müvafiq sərəncam prezident İlham Əliyev tərəfindən imzalanıb.

Nazirlər Kabinetinə maliyyə məsələlərini 2006-cı il dövlət büdcəsində Müdafiə nazirliyinin saxlanması üçün nəzərdə tutulmuş vəsait hesabına həll etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti