...

ATƏT-in Azərbaycanda keçirilmiş seçkilərə dair yekun məruzəsi hələ hazır deyil

Siyasət Materials 5 Yanvar 2006 12:13 (UTC +04:00)

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirlmiş parlament seçkilərinə dair yekun məruzəsi üzərində işlər davam etdirilir. Trend in "Azadlıq" radiosuna istinadən xəbər verdiyi kimi, bu barədə ATƏT-in DTİHB-nin nümayəndəsi Urdur Qunnarsdottir bəyan edib.

Onun sözlərinə görə, məruzənin gecikdirilməsi seçki prosesinin 2005-ci il dekabrın sonunda başa çatması ilə bağlıdır.

Eyni zamanda nümayəndə ATƏT-in "məruzənin gecikdirilməsi" amilini xüsusilə, MSK-nın yenidən formalaşdırılması məsələsində Azərbaycan hökumətinə təzyiq vasitəsi kimi istifadə etməsi ilə bağlı fikirləri təkzib edib.

"Yekun məruzənin hazırlanması zamanı ATƏT heç bir danışıq aparmayıb və hər hansı bir tərəfə təzyiq göstərmir", - deyə U. Qunnarsdottir vurğulayıb. Onun sözlərinə görə, ATƏT-in irəli sürdüyü təkliflərin Azərbaycan hökuməti ilə mümkün müzakirəsi yalnız yekun məruzə açıqlandıqdan sonra aparılacaq.

Xəbər lenti

Xəbər lenti