...

Yeni Azərbaycan Partiyası təkrar seçkilərdə iştirak edəcək

Siyasət Materials 5 Yanvar 2006 12:24 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) təkrar seçkilərdə iştirak edəcək. Bu barədə Trend ə YAP icraçı katibinin müavini, Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.

O qeyd edib ki, hələlik bu barədə açıqlama verilməyə ehtiyac yoxdur: "10 seçki dairəsində təkrar keçiriləcək seçkilərdə partiyanın vahid seçici siyahısı və yaxud da müstəqil şəkildə iştirakı ilə bağlı məlumatlar ictimaiyyətə vaxtında çatdırılacaq".

"YAP həmişə vaxtında addım atır", - deyən B.Muradova sözügedən təkrar seçkilərdə də vaxtında iştirak edəcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti