...

Təkrar seçkidə iştirak etmək üçün iki dairədən 7 nəfər namizədliyini irəli sürüb

Siyasət Materials 5 Yanvar 2006 14:13 (UTC +04:00)

Mayın 13-də keçiriləcək təkrar parlament seçkisində iştirak etmək üçün hələlik 7 nəfər namizədliyini irəli sürüb. Bu məlumatı Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov verib. O, bildirib ki, son məlumata görə hələlik 7 nəfər olan həmin şəxslər iki dairədən - 31 saylı Suraxanı birinci və 44 saylı Sumqayıt şəhər seçki dairələrindən namizədliklərini irəli sürüblər.

Natiq Məmmədov qeyd edib ki, bu il təkrar seçkidə iştirak etmək istəyən şəxslərin namizədliyini irəli sürməsi, imza vərəqələri və digər sənədləri təqdim etməsi müddəti martın 3-də saat 18.00-da başa çatır. 5 gün müddətində namizədlərin seçki komissiyaları tərəfindən qeydə alınması məsələsi həll olunacaq.

Natiq Məmmədov bildirib ki, Milli Məclis tərəfindən yeni tərkibli Mərkəzi Seçki Komissiyası formalaşdırıldıqdan sonra aşağı seçki komissiyaları formalaşdırılacaq. Təkrar seçkini izləmək üçün MSK tərəfindən xarici müşahidəçilər dəvət olunacaq.

Qeyd edək ki, bu il mayın 13-də 10 seçki dairəsi üzrə parlamentə təkrar seçki keçiriləcək.

Xəbər lenti

Xəbər lenti