...

Fevralın 23-240də Vyanada ATƏT-in Parlament Assambleyasının qış iclası keçiriləcək

Siyasət Materials 5 Yanvar 2006 16:00 (UTC +04:00)

ATƏT-in Parlament Assambleyasının Daimi Komitənin və 3 Ümumi Komitənin iclaslarını özündə birləşdirən 5-ci qış iclası Vyananın "Hofburq" konqress mərkəzində 2006-cı il fevralın 23-24-də keçiriləcək. Bu barədə Trend ATƏT-in Vyanadakı konqresinin katibliyinə istinadən məlumat yayıb.

İclas proqramının layihəsinə görə, sessiya Daimi Komitənin iclasından başlayacaq və bundan dərhal sonra 3 Ümumi komitənin birgə iclası başlayacaq. Sessiyanın iclasının açılışında giriş sözü ilə ATƏT-in PA-nın sədri Elsi Qastinqs çıxış edəcək. Sonra Avstriya prezidentinin və ATƏT-in fəaliyyətdə olan sədrinin çıxışı nəzərdə tutulub.

Elə həmin gün siyasi məsələlər və təhlükəsizlik məsələləri üzrə, eləcə də iqtisadiyyat, elm, texnologiya və ətraf mühit məsələləri üzrə ümumi komitələrin iclası keçiriləcək. Sessiyanın birinci günü Avstriya parlamenti tərəfindən təşkil olunan qəbulla başa çatacaq.

İclasın ikinci günü demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitələrin iclası ilə başlayacaq. Yeni və köhnə azlıqların cəmiyyətə inteqrasiyası barədə müzakirələrin keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, Parlament Assambleyasının sessiyasının iclasının özündə ATƏT-in gender məsələləri üzrə xüsusi nümayəndəsinin, ATƏT-in baş katibinin və 3 ümusmi komitənin sədrlərinin, ATƏT-in PA-nın baş katibinin hesabatı və onun yekun çıxışı gözlənilir.

Sessiyanın işində Azərbaycanın Milli Məclisinin nümayəndə heyəti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti