...

Dünya Azərbaycanlıları Konqresi Xocalı soyqırımı ilə bağlı aksiyalar keçirəcək

Siyasət Materials 5 Yanvar 2006 16:04 (UTC +04:00)

Dünya Azərbaycanlıları Konqresi (DAK) fevralın 26-da Xocalı soyqrımının növbəti ildönümü ərəfəsində "DAK terrora, soyqırıma qarşı!" şüarı ilə Vaşinqton, Belçika, Hollandiya və Türkiyədə etiraz aksiyaları keçirəcək. Trend xəbər verir ki, bu barədə DAK sədrinin müavini Xəzər Emin noyabrın 5-də keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, aksiyaların fevralın 23-dən 26-dək keçirilməsi planlaşdırılıb.

X.Emin onu da qeyd edib ki, aksiyalar müxtəlif formalarda həyata keçiriləcək: "Hollandiyada DAK üzvü xalq artisti Niyaməddin Musayevin klip çəkdirdiyi vətənpərvərlik ruhunda mahnıları səsləndiriləcək, Xocalı soyqırımını əks etdirən foto-sərgilər nümayiş etdiriləcək".

Mətbuat konfransına selektor vasitəsilə İsveçin Malmö şəhərindən qatılan DAK sədri Cavad Derəxti və Vaşinqtondan qatılan müavini Rəhim Şahbazi medianın suallarını cavablandırıblar.

Xəbər lenti

Xəbər lenti