...

Yanvarın 23-24-də Vyanada İqtisadi forumun 14-cü görüşü keçiriləcək

Siyasət Materials 5 Yanvar 2006 16:33 (UTC +04:00)

2006-cı il yanvarın 23-24-də Vyanada "ATƏT regionunda nəqliyyat: regional iqtisadi əməkdaşlığını və sabitliiyn möhkəmləndirilməsi maraqlarında təhlükəsiz nəqliyyat şəbəkələri və nəqliyyatın inkişafı" mövzusuna həsr olunmuş İqtisadi forumun 14-cü görüşünün birinci hissəsi keçiriləcək. Bu barədə Trend ATƏT katibliyinə istinadən məlumat yayıb.

Qarşısına qoyulan tapşırıqları nəzərə alsaq iqtisadi forum iqtisadi-ekoloji ölçmələr sahəsində öhdəliklərin yerinə yetirilməsi gedişi nəzərdən keçiriləcək. Burada nəqliyyata toxunan məsələlər də nəzərpdən keçiriləcək. Bundan əlavə, tədbirdə ATƏT-in iqtisadi və ekoloji ölçmələr sahəsində strateji sənədinin qaydalarının yerinə yetirilməsi üzrə işlərin müzakirəsi əsas vəzifələrdən biridir.

2006-cı ildə sədr funksiyasını yerinə yetirəcək ölkə il ərzində ATƏT-in qəbul etdiyi maliyyə terrorizminin qarşı qəbul etdiyi öhdəliklər çərçivəsində gördüyü işləri nəzərdən keçirmək üçün iclas və ya xüsusi sessiya təşkil etməlidir.

Forumun 14-cü görüşündə iştirak etmək üçün buraya bir sıra beynəlxalq təşkilatlar: GUAM, Nəqliyyat Nazirlərinin Avropa Konfransı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Beynəlxalq Mühacirət Təşkilatı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, İslam Konfransı Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və digər müvafiq təşkilatlar dəvət olunub.

14-cü forumun işində iştirak etmək üçün Aralıq dənizi əməkdaşlığı üzrə tərəfdaşlar (Əlcəzair, Misir, İsrail, İordaniya, Mərakeş və Tunis) və əməkdaşlıq üzrə tərəfdaşlar (Əfqanıstan, Koreya Respublikası, Monqolustan, Tailand və Yaponiya) dəvət olunub.

Qeyd edək ki, forumun ikinci hissəsi 2006-cı il may ayının 22-24-də Praqada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti