...

32 nəfər Azərbaycan vətəndaşı sərhəd rejimini pozduğuna görə saxlanılıb

Siyasət Materials 5 Yanvar 2006 16:53 (UTC +04:00)

Dekabr ayı ərzində 32 nəfər Azərbaycan vətəndaşı sərhəd rejimini pozduğuna görə Azərbaycan Dvlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə Trend ə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Dövlət sərhədinin mühafizəsi zamanı 16 nəfər saxta sənədlə, 8 nəfər başqasına məxsus sənədlə, 22 nəfər müvafiq sənədlərinin, 31 nəfər vizalarının olmamasına görə, 4 nəfərsə şübhəli şəxs qismində saxlanılıb. Müxtəlif ölkələrin vətəndaşları olan həmin şəxslər barədə müvafiq tədbirlər görülüb.

19 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb, 32 nəfər azərbaycanlı ilə yanaşı 7 nəfər Gürcüstan, 5 nəfər Azərbaycan, 2 nəfərsə İran vətəndaşı da sərhəd pozucusu qismində tutulub.

Dövlət sərhəd xidmətinin əməkdaşları tərəfindən qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və digər bu kimi cinayətlərə qarşı mübarizə tədbirləri davam etdirilib.

Belə ki, nəticədə axtarışda olan 51 nəfər tutulub. Sərhəd xidmətinin əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən 8 ədəd əldə düzəldilmiş qumbara, 18 ədəd 9 mm patron müəyyənləşdirilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti