...

Azərbaycan Yolu Hərəkatı yaradılıb

Siyasət Materials 5 Yanvar 2006 17:16 (UTC +04:00)

Azərbaycan Naminə Hərəkatın (ANH) təşəbbüsü ilə Azərbaycan Yolu adlı yeni bir hərəkat yaradılıb. Bu barədə Trend ə ANH İcra Aparatının rəhbəri Taleh Əliyev bildirib.

T.Əliyev qeyd edib ki, yeni yaradılan hərəkatda Azərbaycan Xalq Demokratik, Fədailər, Vahid Azərbaycan partiyaları, qeyri-hökumət təşkilatları və bir sıra tanınmış ziyalılar təmsil olunur. Azərbaycan Yolu Hərəkatının yaradılmasında əsas məqsəd Azərbaycanın Konstitusion quruluşunu qorumaq, xalqın ictimai-siyasi proseslərdə fəal iştirakına nail olmaqdır.

Onu da qeyd edək ki, yanvarın 5-də keçirilən təsis konfransında ANH lideri İlqar Qasımov yeni yaradılan hərəkatın sədri seçilib.

Xəbər lenti

Xəbər lenti