...

Məntəqə seçki komissiyaları ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə başladı

Siyasət Materials 5 Yanvar 2006 18:21 (UTC +04:00)

Yanvarın 5-də ölkə üzrə bütün məntənə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə start verib. Bu məlumatı Trend ə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Məntəqə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsini bir ay ərzində həyata keçirəcək. Məntəqələr fevralın 5-də işi yekunlaşdıraraq siyahıları dairə seçki komissiyalarına (DSK) təqdim etməlidir. DSK-lar isə fevralın 5-dən aprelin 5-dək siyahıları dəqiqləşdirməli və Mərkəzi Seçki Komissiyasına (MSK) verməlidir. MSK əgər ehtiyac yaranarsa, seçici siyahılarına düzəlişlər edib sonra dəqiqləşdirilmiş yekun siyahını DSK-lara qaytarmalıdır. Seçki Məcəlləsinin tələblərinə görə, təkrar seçki ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi may ayının 30-da tam başa çatmalıdır. Lakin 13 mayda təkrar seçki cəmi 10 dairə üzrə keçirildiyindən, bu dairələr üzrə seçicilərin siyahısı səsvermə gününə 30 gün qalmış başa çatdırılmalıdır.

Qeyd edək ki, təkrar parlament seçkinin yalnız bir neçə dairələr üzrə keçirilməsinə baxmayaraq, Seçki Məcəlləsinin tələblərinə görə, ölkədə seçki keçirilən il bütün ölkə üzrə seçici siyahıları dəqiqləşdirilməlidir. Seçici siyahılarının dəqiqləşdirilməsində məntəqə və dairə seçki komissiyalarına yerli icra nümayəndələri, bələdiyyələr və Mənzil İstismar İdarələri köməklik göstərməlidirlər.

Xəbər lenti

Xəbər lenti