...

AXCP MSK-nın formalaşdırılmasında iştirakdan imtina etmək barədə qərar çıxardı

Siyasət Materials 5 Yanvar 2006 18:47 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP-islahatçılar) yeni tərkibdə Mərkəzi Seçki Komissiyasının (MSK) və digər komissiyaların formalaşdırılmasında iştirak etməyəck. Bu barədə Trend ə AXCP-dən məlumat verilib.

Qeyd edək ki, Milli Məclis seçki komissiyalarının formalaşdırılmasında iştirak etməsi üçün AXCP-yə məktubla müraciət edib. Bununla əlaqədar yanvarın 5-də AXCP-nin Rəyasət Heyətinin iclası keçirilib və bu müraciət müzakirəyə çıxarılıb. Qərara alınıb ki, AXCP bütün seçki komissiyalarının formalaşdırılmasında iştirakdan imtina etsin.

Qeyd edək ki, AXCP-nin təmsil olunduğu "Azadlıq" bloku seçki komissiyalarında iştirak edib-etməməsi ilə bağlı yanvarın 6-da qərar verə bilər. Belə ki, yanvarın 6-da blok liderlərinin iclası keçiriləcək və Milli Məclisdən daxil olan məktub müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, yeni tərkibdə Mərkəzi Seçki Komissiyası qanuna uyğun olaraq Milli Məclis tərəfindən formalaşdırılacaq. Bununla əlaqədar Milli Məclis namizədləri parlament seçkisində qalib gəlmiş siyasi partiyalara müraciət göndərir, onları bütün seçki komissiyalarına öz nümayəndələrini təqdim etməsi barədə məlumatlandırır.

Xəbər lenti

Xəbər lenti