...

Qurban bayramı ilə əlaqədar əlavə qeyri-iş günləri planlaşdırılmır

Siyasət Materials 6 Yanvar 2006 13:20 (UTC +04:00)

Qurban bayramı ilə əlaqədar əlavə iş günləri planlaşdırılmır. Bu barədə Trend ə Nazirlər Kabinetinin elm, mədəniyyət, xalq təhsili, sosial problemlər və tibb şöbəsindən bayramla əlaqədar daha bir günün qeyri-iş günü elan olunması haqqında şayiələri şərh edərkən bildirilib.

Qurban bayramı bir gün - yanvarın 10-da qeyd olunacaq və əlavə qeyri-iş günləri nəzərdə tutulmur. Şöbədən onu da qeyd ediblər ki, Nazirlər Kabinetinin qərarı ilə 2006-cı ildə istirahət günlərinə düşən bayramlarla əlaqədar 29 may (Respublika günü), 23 noyabr (Konstitusiya günü), 23-24 oktyabr (Ramazan bayramı) və 31 dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi günü) əlavə bayram günləri elan olunub.

Xəbər lenti

Xəbər lenti