...

Azərbaycan Yolu Hərəkatının yaradılması ilə bağlı tədbir keçirilib

Siyasət Materials 6 Yanvar 2006 14:10 (UTC +04:00)

"Bəzi müxalifət qüvvələrinin ən böyük səhvi ondan ibarətdir ki, onlar özünün gerçək missiyasını anlamayaraq xalqının deyil, hansısa bir dövlətin maraqlarının müdafiəçisi kimi çıxış edir". Trend xəbər verir ki, bu barədə yanvarın 6-da Azərbaycan Yolu Hərəkatının lideri İlqar Qasımov qurumun yaradılması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

İ.Qasımov müxalifət və cəmiyyətdə birliyin bərqərar olması və vahid Azərbaycan ideologiyasına xidmət etmək məqsədilə Azərbaycan Yolu Hərəkatının yaradılmasının zəruriliyindən danışıb.

Qeyd edək ki, yeni yaradılan Azərbaycan Yolu Hərəkatını 9 partiya, 24 qeyri-hökumət təşkilatı təsis edib. Azərbaycan Demokrat Partiyasının Sabirabad rayon təşkilatının sədri Əlihüseyn Rəhimov da bəyanat verərək adıçəkilən hərəkata üzv olub.

Xəbər lenti

Xəbər lenti