"Azərbaycan Naminə Hərəkat (ANH) 2006-cı il mayın 13-də keçiriləcək təkrar parlament seçkilərində iştirak edəcək". Trend xəbər verir ki, bu barədə ANH lideri İlqar Qasımov bildirib.
İ.Qasımov onu da qeyd edib ki, artıq üç seçki dairəsini müəyyənləşdiriblər: "Təkrar seçkilərə hələ bir müddət qaldığından digər seçki dairələrindən də namizədlərimizi irəli sürəcəyik".
ANH lideri rəhbərlik etdiyi digər qurumun - Azərbaycan Yolu Hərəkatının da təkrar seçkilərə qatılacağını vurğulayıb.