...

Mehriban Əliyeva 2005-ci ilin adamı elan edilib

Siyasət Materials 6 Yanvar 2006 16:04 (UTC +04:00)

Azərbaycanın birinci xanımı, "Heydər Əliyev" fondunun prezidenti Mehriban Əliyeva "ANS" Şirkətlər Qrupu və Milli Qəhrəman Çingiz Mustafayev fondu tərəfindən Milli-mədəni irsimizin qorunub saxlanmasına, YUNESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanın dünyada müsbət imici üçün görülmüş işlərə,

Azərbaycanın tarixində ilk dəfə olaraq bədii gimnastika üzrə dünya çempionatının təşkili və keçirilməsinə, xeyriyyəçilik fəaliyyətinə, "yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Azərbaycanın təhsil sisteminin inkişafına göstərdiyi xidmətlərə görə 2005-ci ilin adamı elan edilib. Bu barədə Trend "ANS" telekanalına istinadən xəbər verir.

Xəbər lenti

Xəbər lenti