...

Azərbaycanda bəzi neft məhsullarının pərakəndə satış qiymətinin qalxması ilə əlaqədar inflyasiyanın xeyli dərəcədə artması gözlənilmir

Siyasət Materials 6 Yanvar 2006 16:27 (UTC +04:00)
Azərbaycanda bəzi neft məhsullarının pərakəndə satış qiymətinin  qalxması ilə əlaqədar inflyasiyanın xeyli dərəcədə artması gözlənilmir

"Bəzi neft məhsullarının qiymətinin qalxması inflyasiyanın cüzi artmasına səbəb olacaq". Trend in xəbər verdiyi kimi, bu barədə yanvarın 6-da keçirilmiş mətbuat konfransında Tarif Şurasının sədri, iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. Onun sözlərinə görə, ilkin mərhələdə kənd təsərrüfatında inflyasiyanın 2-3% artması mümkündür.

Bununla yanaşı, nazir kənd təsərrüfatı məhsullarının istehsalçılarına ünvanlı sosial yardımın göstərilməsini mümkün hesab edir (1997-ci ildən 2001-ci ilə kimi onlara dövlət büdcəsindən buraxılış və satış qiymətləri arasında fərqi azaltmaq üçün dotasiyalar verilmişdir).

Nazir, xüsusilə dizel yanacağının qiymətinin qalxması ilə əlaqədar nəinki kənd təsərrüfatında, həm də nəqliyyatda da qiymətlərin qalxması mümkünlüyünü istisna etmir. "Nəqliyyat vasitələrinin bir hissəsi dizel yanacağı, digər hissəsi isə benzindən istifadə etsə də, birincilər ikincilərlə müqayisədə daha çox gəlir əldə edir. Dizel yanacağının qiymətinin qaldırılmasında məqsədlərdən biri də bu fərqin aradan qaldırılması və rəqabətin gücləndirilməsidir", - deyə H.Babayev qeyd edib.

Onun fikrincə, heç bir ölkədə benzin və dizel yanacağı arasında belə fərq yoxdur. Bu gün bu qiymətlər dünya qiymətlərindən aşağıdır. Məsələn, Gürcüstanda 1 litr dizel yanacağının qiyməti 70 sent, Rusiyada - 51 sent, Azərbaycanda isə 40 sentdir. Bu fərq bu məhsulun onun baha olduğu ölkələrə ixracına imkan yaradır. Bundan başqa, dizel yanacağının digər neft məhsulları ilə qarışdırılması halları da çoxdur.

Hökumətdən Trend ə bildirildiyi kimi, bu gün ölkənin nəqliyyat sektoru 350 min ton dizel yanacağı sərf edir.

Xəbər lenti

Xəbər lenti