...

Azərbaycan hökuməti BƏƏ hökumətinə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yaradılmasına dair təkliflərini təqdim edib

Siyasət Materials 6 Yanvar 2006 17:37 (UTC +04:00)

Azərbaycan hökuməti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın yaradılmasına dair təkliflərini təqdim edib. Bu barədə Trend ə Azərbaycanın Nazirlər Kabinetində (NK) bildirilib.

Hökumətlərarası komissiyanın yaradılmasına dair razılaşma AR XİN başçısı Elmar Məmmədyarovun BƏƏ-yə səfəri zamanı əldə olunub. Hökumətdə hesab olunur ki, Azərbaycan və BƏƏ-nin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı, neft, energetika və digər sahələrdə təcrübə mübadiləsi aparılması üçün böyük imkanları vardır. Tərəflər həm də Azərbaycan və BƏƏ arasında olan ticarət dövriyyəsinin artırılması sahəsində bir sıra addımlar atmaq niyyətindədir.

Azərbaycan hökumətində hesab olunur ki, birgə hökumətlərarası komissiyanın yaradılması iqtisadi və ticari əlaqələrin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Yaxın vaxtlarda Azərbaycan NK komissiyanın tərkibinin formalaşdırılmasını başa çatdıracaq və prezidentin təsdiq etməsi üçün təqdim edəcək.

Xəbər lenti

Xəbər lenti