...

Təkrar parlament seçkisində namizədliyini irəli sürənlərin sayı 8-ə qalxıb

Siyasət Materials 6 Yanvar 2006 18:09 (UTC +04:00)

Bu il 13 mayda keçiriləcək təkrar parlament seçkisində iştirak etmək üçün namizədliyini irəli sürənlərin sayı bir nəfər artıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Yanvarın 6-da 31 saylı Suraxanı ikinci seçki dairəsindən Əkbərov Əlimuxtar bitərəf qaydada öz namizədliyini irəli sürüb. Beləliklə 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyini irəli sürənlərin sayı 7 nəfərə çatıb. Bir nəfər isə 44 saylı Sumqayıt-Abşeron dairəsindən namizədliyini verib və hələlik seçkidə iştirak etmək istəyənlərin sayı 8 nəfərdir.

Qeyd edək ki, bu il 13 mayda cəmi 10 seçki dairəsi üzrə parlamentə təkrar seçki keçiriləcək.

Xəbər lenti

Xəbər lenti