...

Naxçıvanda quş qiripindən xəstələnmə qeydə alınmayıb

Siyasət Materials 7 Yanvar 2006 12:35 (UTC +04:00)
Naxçıvanda quş qiripindən xəstələnmə qeydə alınmayıb

Naxçıvan Muxtar Respublikası (NMR) kənd təsərrüfatı nazirliyi yanında fəaliyyət göstərən Baytarlıq Xidmətinin müdiri, həkim Əbil Əbilovun Trend ə verdiyi məlumata görə, Türkiyənin İqdır vilayətində tapılan quş qripi xəstəliyi ilə əlaqədar monitorinq keçirilib.

Monitorinqdə Muxtar Respublika Baytarlıq Xidmətinin işçiləri iştirak edib. Türkiyə ilə sərhəddəki Sədərək gömrük məntəqəsində gigiyena və epidemioloji mərkəzinin və NMR Baytarlıq Xidmətinin təşkil etdiyi məntəqə günün 24 saatı çalışır və son hadisələrlə bağlı məntəqədəki işçilərin sayı artırılıb. Belə məntəqələr İran İslam Respublikası ilə sərhəddəki Şahtaxtı və Cülfa gömrük məntəqələrində fəaliyyət göstərir. Məntəqələr dezinfeksiyaedici maşınla və dərman preparatları ilə təmin edilib. Gömrükdən keçən bütün insanların çantaları yoxlanılır, ayaqlarının altı dərmanlanır. Maşınlar, deyzinfeksiya edilir. Baytarlıq xidmətinin işçiləri yerlərdə yoxlama aparır, insanları maarifləndirir və lazımi profilaktik tədbirlər görür.

NMR gömrük komitəsindən verilən məlumata görə, iki ay bundan əvvəl Muxtar Respublika Baytarlıq Xidmətinin quş qripi xəstəliyi ilə əlaqədar gömrük komitəsinə bildirişinə görə, iki aydır İİR-dan və Türkiyədən quş əti və yumurta gətirilməsi dayandırılıb. Belə malları keçirən fərdi insanlar isə gömrük işçiləri tərəfindən tutulur, malları müsadirə edilərək yandırılır. Gömrük işçiləri bu yaxınlarda ticarət mərkəzlərində reyd keçirərək satılan quş əti və yumurtanın haradan daxil olmasını araşdırıb. Məlum olub ki, mallar Bakıdan gətirilir.

Ekologiya və təbii sərvətlər Nazirliyi bu yaxınlarda sərhəddə reyd keçirib. Sərhəddə yaşayan köçəri quşların sayı və onların xəstə olub-olmaması yoxlanılıb. Baytarlıq Xidməti onu da bildirib ki, indiyədək Naxçıvanda quş qripi xəstəliyinə məruz qalan olmayıb.

Xəbər lenti

Xəbər lenti