...

Azərbaycan Sosial Demokrat Partiyasının rəhbərliyi yanvarın sonlarında Afinaya gedəcək

Siyasət Materials 7 Yanvar 2006 13:22 (UTC +04:00)

"Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədrləri Ayaz Mütəllibov və Araz Əlizadə yanvarın sonlarında "Sosintern"in Afinada keçiriləcək növbəti toplantısında iştirak edəcək". Bu barədə Trend ə ASDP həmsədri A.Əlizadə bildirib.

O qeyd edib ki, toplantıda "Sosinter"nin yeni sədrinin seçilməsi məsələsi müzakirə ediləcək: "Müşahidələrə görə Yunanıstanın sabiq xarici işlər naziri Georgios Papandreusun bu posta seçilmək şansı daha çoxdur".

ASDP həmsədrləri ilə yanaşı partiyanın qadınlar təşkilatının sədri Rəna Cavadova da "Sosintern"in toplantısında iştirak edəcək.

Qeyd edək ki, adıçəkilən təşkilatın hazırkı sədri Portuqaliyanın sabiq baş naziri Antonio Qutyerresdir.

Xəbər lenti

Xəbər lenti