...

Hüquq-mühafizə orqanı əməkdaşlarına silahlı müqavimət göstərən İran vətəndaşı həbs edilib

Siyasət Materials 7 Yanvar 2006 13:33 (UTC +04:00)

Yardımlı rayonunun Perimbel kəndində rayon prokurorluğu, MTN-nin rayon şöbəsi, Dövlət Sərhəd Xidməti və Yarldımlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbiri nəticəsində İran İslam Respublikasının vətəndaşı Fərcad Fərəməz Ağaverdi oğlu şübhəli şəxs qismində yaxalanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Fərcad Fərəməz Ağaverdi oğlu yaxalanarkən hüquq-mühafizə orqanları əməkdaşlarına və yerli sakinlərə silahlı müqavimət göstərərək havaya bir neçə atəş açıb. Buna baxmayaraq əməliyyatçılar onu yaxala biliblər. İİR vətəndaşının üzərində axtarış aparılarkən bir ədəd "TT" markalı tapança, 15 ədəd patron, 0,1 qram tiryək götürülüb.

Faktla əlaqədar Yardımlı rayon Prokurorluğunda cinayət işi qaldırılıb. Hazırda İİR vətəndaşından tapılmış silahdan hər hansı cinayətdə istifadə olunub-olunmadığını müəyyən etmək üçün ballastik ekspertiza təyin olunub.

Xəbər lenti

Xəbər lenti