...

Əli Əliyevin çağırdığı Mərkəzi Şuranın iclası yetərsay olmadığından baş tutmayıb

Siyasət Materials 7 Yanvar 2006 14:29 (UTC +04:00)

Yanvarın 7-də Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının fövqəladə iclası baş tutmayıb. Partiyanın sədri Əli Əliyev Trend ə bildirib ki, iclasda Mərkəzi Şura üzvlərinin yetərsayı olmayıb.

Qeyd edək ki, AMİP Mərkəzi Şurasının üzvlərinin sayı 140-dan çoxdur. Nizamnaməyə görə Mərkəzi Şuranın iclasının baş tutması üçün iştirakçıların sayı Şura üzvlərinin üçdə birindən az olmamalıdır. Yanvarın 7-də keçirilən iclasda Şura üzvlərindən 54 nəfər qeydiyyatdan keçib və iclasın baş tutması üçün yetərli hesab edilməyib.

Əli Əliyevin sözlərinə görə, partiyanın Nizamnaməsinə əsasən iclasın birinci günü yetərsay olmadıqda, iclas ikinci gün keçirilir və üzvlərin faktiki sayı yetərli hesab olunur. Buna görə də Əli Əliyevin çağırdığı iclas yanvarın 8-də təkrar keçiriləcək. Əli Əliyevin sözlərinə görə, həmin gün Mərkəzi Şuranın 70-ə yaxın üzvü iştirak edəcək. Bu isə Şura üzvlərinin üçdə birini təşkil edəcək və iclas legitim hesab olunacaq. Əli Əliyev qeyd edib ki, iclasda partiya daxilində baş verənlər hadisələr, təşkilati məsələlər müzakirə olunacaq, həmçinin AMİP-in yeni Siyasi Şurası, baş katibi və Mərkəzi Şuranın sədri seçiləcək.

Xəbər lenti

Xəbər lenti