...

Milli Məclisin vitse-spikeri Rusiya parlamentində görüşlər keçirəcək

Siyasət Materials 9 Yanvar 2006 11:28 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin vitse-spikeri Valeh Ələsgərov yanvarın 10-da rəsmi səfərlə Moskvaya yola düşəcək. Parlamentdən Trend ə verilən məlumata görə, səfərdə məqsəd Rusiya Federal Məclisinin Federasiya Şurasında və Dövlət Dumasında məsləhətləşmələrin aparılmasından ibarətdir.

Vitse-spiker Rusiyanın Fedarsiya Şurasının sədr müavini Svetlana Orlova, Dövlət Dumasının sədrinin birinci müavini Oleq Morozov, Dumanın energetika, nəqliyyat və rabitə, beynəlxalq əlaqələr, təbii sərvətlər və təbiətdən istifadə üzrə daimi komissiyalarının sədrləri və digər rəsmi şəxslərlə görüşəcək. Görüşlər zamanı parlamentlərarası əlaqələrin və qanunvericilik sahəsində təcrübə mübadiləsinin gələcək inkişafına dair danışıqlar aparılacaq.

Xəbər lenti

Xəbər lenti