...

ASDP həmsədri Ayaz Mütəllibov təkrar seçkilərdə iştirak etməyəcək

Siyasət Materials 9 Yanvar 2006 11:40 (UTC +04:00)

Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) 2006-cı il mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə iştirak edəcək. Bu barədə Trend ə ASDP həmsədri Araz Əlizadə bildirib.

A.Əlizadə qeyd edib ki, təkrar seçkilərə yalnız özü qatılacaq. Ancaq hələlik hansı seçki dairəsindən namizədliyini verəcəyini dəqiqləşdirməyib. O, bunu təkrar seçkilərə hələ bir müddət qalması ilə izah edib. A.Əlizadə, həmçinin, bildirib ki, partiyanın Moskvada məskunlaşan digər həmsədri Ayaz Mütəllibov isə təkrar seçkilərə qatılmayacaq.

ASDP həmsədri təkrar seçkilərdə qələbə qazanmağı qarşısına məqsəd qoyduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti