...

Qazaxıstan prezidentinin inauqurasiya mərasimində Azərbaycanı baş nazir Artur Rəsizadə təmsil edəcək

Siyasət Materials 9 Yanvar 2006 12:11 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin inauqurasiya mərasimində Azərbaycanı baş nazir Artur Rəsizadə təmsil edəcək. Bu barədə Trend ə Qazaxıstanın Azərbaycandakı səfirliyində bildirilib.

Yanvarın 11-nə təyin edilmiş mərasim Astanada "Akorda" iqamətgahında keçiriləcək. Azərbaycan hökumət başçısının təntənəli tədbirdə iştirakı çərçivəsində digər ölkələrin nümayəndə heyəti başçıları ilə görüşü planlaşdırılır.

Xatırladaq ki, N.Nazarbayev 2005-ci ilin dekabrın 4-də Qazaxıstanda keçirilmiş prezident seçkilərində seçicilərin 91 % səsini toplayaraq üçüncü dəfə ölkə prezidenti seçilib.

Xəbər lenti

Xəbər lenti