...

Əli Əliyev narazı AMİP-çilərdən qorunmaq üçün Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib

Siyasət Materials 9 Yanvar 2006 12:50 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Əli Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevə müraciət edib. Trend bildirir ki, yanvarın 9-da keçirdiyi mətbuat konfransında Əli Əliyev özü bu barədə məlumat verib.

O, bildirib ki, AMİP daxilində baş verən xoşagəlməz hadisələrlə əlaqədar öz təhlükəsizliyini təmin etmək məqsədilə hüquq-mühafizə orqanlarına müraciət edib. AMİP sədrinin sözlərindən belə məlum olub ki, Əli Əliyev partiyada ondan narazı olan dəliqanlıların hərəkətlərindən ehtiyat edir.

Əli Əliyev təhlükəsizliyini qorumaları üçün bu gün Nəsimi rayon polis idarəsinə də müraciət edəcəyini deyib. AMİP sədri həmçinin bildirib ki, Mərkəzi Şuranın bir qrup üzvünün onun iştirakı olmadan yanvarın 8-də keçirdiyi iclas legitim deyil. Əli Əliyevin yanvarın 8-də özünün çağırdığı Mərkəzi Şuranın iclasının qanuni keçdiyini, həmin toplantıda 51 nəfər Şura üzvünün iştirak etdiyini və kvorum olduğunu deyib. O, qeyd edib ki, iclasda 8 nəfərdən ibarət yeni Siyasi Şura seçilib.

Xəbər lenti

Xəbər lenti