...

Üç partiya öz namizədini Mərkəzi Seçki Komissiyasına göndərib

Siyasət Materials 9 Yanvar 2006 15:19 (UTC +04:00)

"Böyük Quruluş Partiyası namizəd kimi İbrahim Məmmədovu Mərkəzi Seçki Komissiyasına göndərməklə bağlı qərar qəbul edib". Bu barədə Trend ə adıçəkilən partiyanın sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

Partiya sədri bu barədə MSK-ya məktub ünvanladığını qeyd edib.

Qeyd edək ki, parlamentdə təmsil olunan partiyalar, bitərəflər yanvarın 10-dək öz nümayəndələrini MSK-ya göndərməlidir.

Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev müavini Tahir Əliyevi, Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə Akif Qurbanovu namizəd kimi MSK-ya göndərdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti