...

ADP Ali Məclisi Aydın Quliyevin müraciətinə cavab verməyəcək

Siyasət Materials 9 Yanvar 2006 15:49 (UTC +04:00)

"Aydın Quliyevin Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinə etdiyi müraciətə cavab verilə bilməz". Bu barədə Trend ə ADP sədrinin müavini Həsrət Rüstəmov bildirib.

Qeyd edək ki, A.Quliyev dekabrın 22-də ADP Ali Məclisinin üzvlüyündən çıxarıldığı üçün bu quruma şikayət edib.

H.Rüstəmov bildirib ki, A.Quliyev Ali Məclisin üzvlüyündən partiyanın Mərkəzi Nəzarət- Təftiş Komissiyasının (MNTK) qərarı ilə çıxarılıb: "Bu komissiyanın qərarını isə Ali Məclis müzakirə edə bilməz. İkincisi də, Aydın Quliyev artıq partiyanın üzvü olmadığından Ali Məclisə etdiyi müraciəti məntiqsizdir".

Partiya sədrinin müavini onu da bildirib ki, A.Quliyevin etdiyi müraciətdə partiya rəhbərliyinin istefası məsələsi qoyulub: "MNTK-nın toplantılarına gəlməkdən imtina edən Aydın Quliyevin indi nə istədiyini bilmirik. Günahı yox idisə gəlib toplantıda cavab verərdi".

A.Quliyev isə bildirib ki, onu partiya sədrinin birinci müavini Sərdar Cəlaloğlunun tapşırığı ilə Ali Məclis üzvülüyündən MNTK xaric edib: "Mən Ali Məclisin üzvü kimi qalıram və mübarizəmi isonadək davam etdirəcəm".

Xəbər lenti

Xəbər lenti