...

Parlamentdə azlıq təşkil edən partiyalar MSK-ya namizədlərini göndərməklə bağlı vahid qərara gələ bilməyib

Siyasət Materials 9 Yanvar 2006 16:38 (UTC +04:00)

"Parlamentdə azlıq təşkil edən partiyaların təmsilçiləri Mərkəzi Seçki Komissiyasına (MSK) namizədlərini göndərməklə bağlı vahid qərara gələ bilməyib". Bu barədə Trend ə müxalifətçi millət vəkili Aynur Camalqızı bildirib.

Qeyd edək ki, MSK-nın formatı paritet əsaslarla 18 üzvdən (6 nəfər parlamentdə çoxluq təşkil edən partiyanın, 6 nəfər digər partiyaların, 6 nəfər isə bitərəf partiyaların payına düşür ) formalaşdırıla bilər. A.Camalqızının sözlərinə görə, parlamentdə təmsil olan bəzi müxalifət partiyaları ayrı-ayrılıqda MSK-ya öz namizədlərini göndərsə də, məsələ ilə bağlı vahid qərar yoxdur.

A.Camalqızı yaxın vaxtlarda müxalifət partiyalarının bu qərara gələcəyini vurğulayıb.

Onu da bildirək ki, parlamentdə azlıq təşkil edən partiyalar sırasına Vətəndaş Birliyi, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Müsavat, Azərbaycan Xalq Cəbhəsi, Ana Vətən, Sosial Rifah, Milli Birlik və "Yeni Siyasət" bloku daxildir.

Xəbər lenti

Xəbər lenti