...

Azərbaycan parlamentinin spikeri Səudiyyə Ərəbistanın səfirini qəbul edib

Siyasət Materials 9 Yanvar 2006 17:50 (UTC +04:00)

Azərbaycan Milli Məclisinin (parlamentin) spikeri Oqtay Əsədov yanvarın 9-da Səudiyyə Ərəbistanın Bakıdakı səfiri Əli Həsən Cəfəri qəbul edib. Bu barədə Trend məlumat yayıb.

Azərbaycanın eks-prezidenti Heydər Əliyevin ikitərəfli əlaqələrin inkişafındakı əməyini yüksək qiymətləndirən O. Əsədov 1994-cü ildə H.Əliyevin Ər-Riyada səfərinin səmərəli nəticələrini qeyd edib. Azərbaycan parlamentinin spikeri eləcə də ötən il Azərbaycan prezidenti İ.Əliyevin Səudiyyə Ərəbistanına səfərini də yüksək qiymətləndirib.

Ər-Riyadın Azərbaycandakı qaçqınlara və məcburi köçkünlərə gjöstərdiyi yardım da diqqətdən kənarda qalmayıb. Səudiyyə Ərpəbistanı səfirinə göstərilən yardıma görə təşəkkürünü bildirən Oqtay Əsədov Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində Ər-Riyadın dəstəyinə də yüksək qiymət verib.

Öz növbəsində, Əli Əhməd Cəfər O.Əsədovu Azərbaycan parlamentinin spikeri seçilməsi münasibətilə təbrik edib və onun dövlətinin Bakı ilə əlaqələrin lərinləşməsində maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti