...

Yanvarın 19-da Azərbaycan dövri hesabatları YUHİSEF-ə təqdim edəcək

Siyasət Materials 9 Yanvar 2006 18:08 (UTC +04:00)

Yanvarın 19-da Azərbaycan BMT-nin "İnsan haqları üzrə Konvensiya" ilə əlaqədar dövri hesabatlarını YUNİSEF-ə təqdim edəcək. Bu barədə Trend məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə nümayəndə heyəti yaradılıb. Nümayəndə heyəti respublikanı BMT-nin "Uşaq hüquqları üzrə Konvensiya" ilə əlaqədar Azərbaycan Respublikası hökumətinin 2-ci və 3-cü dövri hesabatlarının müzakirəsi ilə əlaqədar təmsil edəcək. Hesabat yanvarın 9-dan 29-na kimi Cenevrədə keçiriləcək BMT-nin uşaq hüquqları üzrə Komitəsinin 41-ci sessiyasına təqdim olunacaq.

Nümayəndə heyətinin rəhbəri xarici işlər nazirinin müavini Xələf Xələfov təyin edilib. Nümaynədə heyətinin tərkibinə baş prokurorun, ədliyyə, daxili işlər, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, təhsil, gənclər, idman və turizm, iqtisadi inkişaf nazirlərinin müavinləri daxildir.

Azərbaycanın nümayəndə heyəti Cenevrəyə yanvarın 16-da yola düşəcəklər.

Xəbər lenti

Xəbər lenti