...

Salyanda ötən il 5395 hektar sahədə 8 min 635 tonn pambıq istehsal edilib

Siyasət Materials 9 Yanvar 2006 18:14 (UTC +04:00)

Kənd təsərrüfatı Salyan rayonunun əsasını təşkil edir. Salyanda ötən il 5395 hektar sahədə 8 min 635 tonn pambıq istehsal edilib ki, bu da ötən ildəkindən 2 min 890 ton çoxdur. Təkcə pambıqçılıqdan rayon üzrə 2005-ci ildə 11 milyard 975 milyon manat gəlir əldə edilib.

Taxılçılıqla məşğul olan fermerlər ötən il 17 min 335 hektar sahədən 54 min 680 tonn məhsul istehsal ediblər ki, bu da hər hektardan 31,2 sentner məhsul deməkdir. Müqayisə üçün qeyd edək ki, 2004-cü ildə 49 min 942 ton taxıl istehsal edilib.

2005-ci ildə dən üçün qarğıdalı 406 ton olub. Bu da əvvəlki ildəkindən 195 ton çoxdur. Həm də 2005-ci ildə rayonda 2256 ton kartof tədarük edilmişdir ki, bu əvvəlki ilə nisbətən 114 ton çoxdur, hər hektardan məhsuldarlıq isə 87,1 sentrner olub.

Tərəvəzçilər isə daha yaxşı işləyərək 9 047 tonn məhsul istehsal ediblər. Keçən il 3344 ton bostan məhsulları götürülüb ki, bu əvvəlki ildəkindən 1600 ton çoxdur.

Salyanda ötən il, o cümlədən 2500 ton üzüm, 2168 ton meyvə istehsal edilib. Hazırda rayonun fermer təsərrüfatlarında 53 300 baş iribuynuzlu malqara vardır ki, bu da ötən il ilə müqayisədə 1258 baş çoxdur. Rayonda xırda buynuzlu heyvanlar 177 910 başdır. Ötən il ət istehsalı 4859 ton olmuşdur. Bundan başqa, süd istehsalı 30 min 120 ton, yumurta istehsalı 17 milyon 839 min, yun istehsalı 292,2 ton olub.

Qeyd etmək lazımdır ki, 2004 illə müqayisədə 2005-ci ildən heyvandarlıq məhsulları istehsalı 10 milyard 261 milyon manat təşkil etmişdir (2 milyon 522 min Yeni Azərbaycan Manatı) artıb.

Xəbər lenti

Xəbər lenti